Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Imza Group” MMC –nin birgə həyata keçirdiyi “100 uğurlu imza” layihəsi çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzi ACCA sertifikatlaşdırma imtahanlarının təşkili üçün müvafiq lisenziya əldə etmişdir. Lisenziyaya uyğun olara 5,16,30 sentyabr 2017-ci il tarixlərində Tədris Mərkəzində ACCA F3 modulu üzrə imtahanlar təşkil edilmişdir. İmtahanlarda birgə layihə çərçivəsində peşəkar müəllimlər tərəfindən təlim almış 87 gənc iştirak etmişdir. Onlardan 74 nəfəri həmin imtahanları uğurla başa vuraraq F3 sertifikatı əldə etmişlər. Bu isə 85 % uğurlu nəticə deməkdir.
Layihənin davamı olaraq yaxın gələcəkdə ACCA F 2 modulu üzrə Tədris Mərkəzində imtahanların keçirilməsi nəzərdə tutulmuşdur.