Vergilər Nazirliyinin 22 sentyabr 2017-ci il tarixli əmri ilə 25 sentyabr 2017-ci il tarixdən 3 oktyabr 2017-ci il tarixədək olan müddətdə “Bəyannamələrin, daxilolmaların və risklərin təhlili” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.
Təlimə vergi öhdəliklərinin icrasına nəzarət sahəsində çalışan 14 nəfər əməkdaş cəlb edilsə də, cəmi 9 nəfər iştirak etmişdir.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsinin 2-ci şöbəsinin rəhbəri Eminov Emil Fəxrad oğlu, həmin idarənin 3-cü şöbəsinin rəhbəri Məmmədov Asif Məhəmməd oğlu, Daxilolmaların təhlili və uçotu idarəsinin Daxilolmaların təhlili şöbəsinin rəhbərinin müavini Firidov Səbuhi Qələndər oğlu, həmin şöbənin baş dövlət vergi müfəttişi Əhmədov Fuad İdris oğlu xidməti zərurətlə əlaqədar (xidməti məktub: 1719030026025500) və Bəyannamələr idarəsinin 4-cü şöbəsinin dövlət vergi müfəttişi Əsədullayeva Mətanət Qəzənfər qızı üzrsüz səbəbdən təlim prosesində iştirak etməmişdir.
Təlimlər 7 gün davam etmişdir.
Təlimin sonunda, 3 oktyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 9 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.
Qrup üzrə yekun nəticə 74,54% olmuşdur.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 2 nəfər 1-ci dərəcəli, 3 nəfər 2-ci dərəcəli, 2 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Bəyannamələr idarəsinin 1-ci şöbəsinin rəhbəri Yusifzadə Yusif Bayram oğlu və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsinin 5-ci şöbəsinin dövlət vergi müfəttişi Qafarova Lalə Mübariz qızı imtahanda yükcək nəticə göstərərk 1-ci dərəcəli sertifikata layiq görülmüşlər.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Daxilolmaların təhlili və uçotu idarəsinin Daxilolmaların uçotu şöbəsinin böyük dövlət vergi müfəttişi Qəhrəmanov Rasim Bəxtiyar oğlu və 2 saylı Ərazi Vergilər Departamentinin Kiçik sahibkarlıqla iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi Novruzov Rauf Mübariz oğlu imtahandan “qeyri-kafi” qiymət almışlar.