Vergilər Nazirliyinin 26 sentyabr 2017-ci il tarixli əmrinə əsasən dövlət vergi orqanlarının əməkdaşları üçün “Effektiv ünsiyyət” mövzusunda 29 sentyabr 2017-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında təlim təşkil edilmişdir.
Təlimdə təlimçi qismində HRM üzrә Beynәlxalq Ekspert vә İdarәetmә üzrә Mәslәhәtçi Gülzar Quliyeva, dinləyici qismində Vergilər Nazirliyinin İnsan resursları departamentinin, Hüquq departamentinin, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, , Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin, 5, 6, 14 saylı Ərazi Vergilər İdarələrinin və Qubadlı rayon Vergilər Şöbəsinin 14 nəfər əməkdaşı (idarə direktorunun müavini, şöbə və bölmə rəhbərləri) iştirak etmişlər.
Təlimin birinci hissəsində “Ünsiyyət anlayışı, ünsiyyət vasitələri, ünsiyyət modelləri”, “Ünsiyyət və süzgəclər (filtrlər)”, “Münasibət və ünsiyyət”, “Komplekslər, yalnış inamlar, qəbul etdiklərimiz və onların ünsiyyətə təsiri”, “Diqqət və onun ünsiyyətdə nəzərə alınması”, “İnsanlar necə ünsiyyət qurur: söz, səs, vücud dili”, “Aqressiv, passiv və müti ünsiyyət”, “Emosiyalara ehtiyac və onun ünsiyyətdə nəzərə alınması” mövzuları təlim iştirakçılarının diqqətinə çatdırılmış, müxtəlif filmlərə baxılmış və müzakirələr aparılmışdır. Müzakirələrin sonunda təlim iştirakçılarına fərdi və qrup tapşırıqları verilmişdir.
Təlimin ikinci hissəsində “Ünsiyyəti zəiflədən və qadağa qoyulmuş ifadələr”, “Ünsiyyəti gücləndirən ifadələr”, “Zəif dinləmə və səbəbləri”, “Cohari pəncərəsi”, “Qurucu tənqid və onun düzgün istifadəsi”, “Kişi və qadın: ünsiyyət fərqləri və səbəbləri” müzakirə edilmiş, sonda təlim iştirakçılarına qrup tapşırıqları verilmişdir.
Təlimçi Gülzar Quliyeva tərəfindən mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarıqları və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.