XƏBƏRLƏR

“Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində sertifikatlaşdırma təlimi keçirilmişdir.

Vergilər Nazirliyinin 12 sentyabr 2017-ci il tarixli  əmri ilə 13 sentyabr 2017-ci il tarixdən 25 sentyabr 2017-ci il tarixədək olan müddətdə “Vergi qanunvericiliyinin icrasına nəzarət” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Təlimə vergi qanunvericiliyinin icrasına nəzarət sahəsində çalışan 22 nəfər əməkdaş cəlb edilsə də, cəmi 16 nəfər iştirak etmişdir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsinin dövlət vergi müfəttişi Quliyev Ramiz Məmməd oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini Məmmədov Azay Süleyman oğlu, həmin Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Hüseynova Vəfa Zəfər qızı, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Əliyev Nicat Fərhad oğlu, 2 saylı Ərazi Vergilər Departamentinin Kiçik sahibkarlıqla iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Əliyev Faiq Arif oğlu və həmin Departamentin Regional gəlirlər idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Ələkbərov Ağadadaş Həbibulla oğlu təlim prosesində iştirak etməmişlər.

Təlimlər 9 gün davam etmişdir.  

Təlimin sonunda, 25 sentyabr 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 16 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 78,1% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 6 nəfər 2-ci dərəcəli, 8 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Cəfərov Alı Kazım oğlu və  Laçın rayon Vergilər Şöbəsinin Bəyannamələrin kameral yoxlanılması bölməsinin baş dövlət vergi müfəttişi Verdiyev Teymur Hüseyn oğlu imtahandan “qeyri-kafi” qiymət almışlar.