XƏBƏRLƏR

“Məhkəmə təcrübəsi və cavabdeh qismində cəlb edilən əməkdaşların məhkəmə işləri üzrə diqqət yetirməli olduqları məsələlər” mövzusunda təlim təşkil edilmişdir.

Vergilər Nazirliyinin 14 sentyabr 2017-ci il tarixli əmrinə əsasən dövlət vergi orqanlarının əməkdaşları üçün “Məhkəmə təcrübəsi və cavabdeh qismində cəlb edilən əməkdaşların məhkəmə işləri üzrə diqqət yetirməli olduqları məsələlər” mövzusunda 21-22 sentyabr 2017-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında təlim təşkil edilmişdir.

Təlimdə təlimçi qismində Hüquq departamentinin Məhkəmə işlərinin təşkili idarəsinin Cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası Babək İbrahimov və dinləyici qismində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Ərazi Vergi Departamentlərinin və İdarələrinin 17 nəfər əməkdaşı iştirak etmişlər.

Təlimin ilk günündə təlimin mahiyyəti və məqsədləri açıqlanmış, “Daxil olmuş iddia ərizələrinin qeydiyyatı, iddia ərizəsinə qarşı sübutların toplanılması və etirazın hazırlanması”, “İddia ərizəsinə qarşı hüquqi müdafiənin qurulması, ekspertiza tədqiqatı ilə bağlı məsələlər və müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı hərəkətlər” və “Prosessual sənədlərin AVİS-in “Hüquq” altmoduluna işlənməsi və məhkəmə qərarlarının (qərardadlarının) qanuni qüvvəyə minməsi ilə bağlı məsələlər” müzakirə edilmişdir.

Təlimin növbəti günündə “Vergi orqanının əleyhinə qəbul edilmiş qərarlar barəsində apellyasiya və kassasiya şikayətlərinin hazırlanması” və “Cavabdeh qismində məhkəmə işlərinin təşkili zamanı tətbiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum və Konstitusiya Məhkəməsinin Qərarları” geniş müzakirə edilmişdir.

Təlimçi B.İbrahimovun mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.