XƏBƏRLƏR

“Vergi cinayətlərinin ibtidai istintaqı və təhqiqatı” ixtisas sahəsi “Vergi inzibatçılığı” təlim modulu üzrə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Vergilər Nazirliyinin 17 avqust 2017-ci il tarixli əmri ilə  22 avqust 2017-ci il tarixdən 31 avqust 2017-ci il tarixədək olan müddətdə “Vergi cinayətlərinin ibtidai istintaqı və təhqiqatı” ixtisas sahəsi “Vergi inzibatçılığı” təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Təlimə vergi cinayətlərinin ibtidai istintaq və təhqiqatı sahəsində çalışan 9 nəfər əməkdaş cəlb edilsə də, 8 nəfər iştirak etmişdir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin  İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi Nəsrullayev Ceyhun Xeyrulla oğlu təlimlərin son 3 günündə və imtahan prosesində iştirak etməmişdir.

Təlimlər 8 gün davam etmişdir.  

Təlimin sonunda, 31 avqust 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş və imtahanda 8 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 84,49% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 1 nəfər 1-ci dərəcəli, 3 nəfər 2-ci dərəcəli, 4 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.