XƏBƏRLƏR

“Strateji planlaşdırma” mövzusunda təlim keçirilib

11 avqust 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Strateji planlaşdırma” mövzusunda təlim keçirilib.

Təlimdə təlimçi qismində müstəqil ekspert Cavid Abdullayev iştirak etib.

Təlimə Vergilər Nazirliyinin Hüquq departamentinin, Daxili təhlükəsizlik departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılmsı Departamentinin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, 5 və 6 saylı Ərazi Vergilər İdarələrinin və Qubadlı rayon Vergilər Şöbəsinin əməkdaşları iştirak ediblər.

Müstəqil ekspert Cavid Abdullayev təlimin əhəmiyyətindən, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Vergilər Nazirliyinin strateji hədəflərindən, prioritet istiqamətlərindən danışıb.

Cavid Abdullayev qısa tanışlıqdan sonra təlimin gündəliyi ilə dinləyiciləri tanış edib, təlimdən gözlənilən nəticələr barəsində dinləyicilərin fikirlərini dinləyib, strateji planlaşdırma ilə iştirakçıların mənsubiyyətinə dair göstəriciləri diqqətə çatdırıb və onlara sessiya öncəsi tapşırıqlar verib.

O, dinləyiciləri strateji planlaşdırmada istifadə olunan əsas anlayışlarla tanış edib, strateji analiz metodlarını onların diqqətinə çatdırıb.

Daha sonra təşkilati mandat və layihə ierarxiyası, planlaşdırmanın əsas prinsipləri, planın müxtəlif mərhələləri barədə mühazirə söyləyib, dinləyicilərə simulyasiya çalışmaları verib.

Yekunda tapşırıqların və söylənilən mühazirənin nətəcələri müzakirə edilib.