4 avqust 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində "Şəxsi Effektivlik" mövzusunda təlim keçirilmişdir.
Təlimdə təlimçi qismində müstəqil ekspert Fəxri Ağayev iştirak etmişdir.
Təlimə Vergilər Nazirliyinin Aparatının, Vergi siyasəti və strateji araşdırmalar departamentinin, Hüquq departamentinin, Vergi risklərinin təhlili və nəzarəti departamentinin, Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin, Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin, Əlaqələndirmə və idarəetmə departamentinin, Maliyyə və təminat departamentinin, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin, Ərazi vergi orqanları ilə iş üzrə departamentinin,Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılmsı Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin, 2, 11 və 14 saylı Ərazi Vergilər İdarələrinin əməkdaşları iştirak etmişlər.
Təlimi giriş sözü ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov açaraq təlimin əhəmiyyətindən, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Vergilər Nazirliyinin strateji hədəflərindən, prioritet istiqamətlərindən danışdı.
Təlim, iştirakçılarla tanışlıqla başladı. Daha sonra təlimçi Fəxri Ağayev tərəfindən insanların həyatında vacib olan balans, iş həyatında zamanın əhəmiyyəti, peşəkar inkişafın vacibliyi, sağlamlığın bütün uğurlarımızın bünövrəsi olması haqqında danışıldı və bu sahələrdə nələrin real və Azərbaycan şərtlərində edilə biləcəyi haqqında texnikalar və alətlər haqqında məlumatlar verildi.
Təlim zamanı gərgin peşəkar həyatla şəxsi həyat, sağlamlıq və peşəkar inkişafı necə bir arada uyğunlaşdırmaq olar, şəxsi effektivlik texnikaları,iş dünyasında zamanın əhəmiyyəti, gündəlik həyatda sağlam həyat tərzi qaydaları kimi mövzular geniş müzakirə edildi.
Yekunda iştirakçılar tərəfindən verilən suallar Fəxri Ağayev tərəfindən cavablandırılmışdır.