23 iyun 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Universiteti ilə arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandum çərçivəsində Azərbaycan Universitetinin bir sıra tələbə və məzunları üçün “Gənclərin peşə hazırlığı” təcrübə proqramına uyğun olaraq 1-5 avqust 2017 ci il tarixində yay məktəbi təşkil edilmişdir. Yay məktəbi zamanı tələbə və məzunlara gələcək karyeralarında onlar üçün faydalı ola biləcək mövzular üzrə təlimlər təşkil edilmişdir.Təlim mövzuları aşağıdakıları əhatə etmişdir:
Yay məktəbi zamanı təlimlərlə yanaşı iştirakçıların asudə vaxtlarının maraqlı keçirilməsi üçün də şərait yaradılmışdır. Beləki iştirakçılar üçün Vegi muzeyinə, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına, Mirzə Ələkbər Sabirin ev muzeyinə, Tarix diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil edilmişdir.
Təcrübə proqramının sonunda Tədris Mərkəzi tərəfindən iştirakçılara sertifikatlar təqdim edilmişdir.
“Gənclərin peşə hazırlığı” təcrübə proqramına digər ali təhsil müəssisələrinintələbə və məzunların da cəlb edilməsi nəzərdə tutulmuşdur.