XƏBƏRLƏR

Tədris Mərkəzində referat müsabiqəsi keçirilmişdir

24 may 2017-ci il tarixdə vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılmasının 15 illiyi ilə əlaqədar Tədbirlər Planı”na əsasən Tədris Mərkəzində 25-26 iyul 2017-ci il tarixlərdə ilkin peşə hazırlığını keçən dinləyicilər arasında “Vergi sistemi və müasir iqtisadiyyat” mövzusunda referat müsabiqəsi keçirilmişdir.

Referat işlərinin yerinə yetirildiyi müddət ərzində dinləyicilər Tədris Mərkəzinin elmi potensialından səmərəli istifadə etmişlər, onlardan mütəmadi olaraq məsləhətlər almışlar. Təqdim edilən referatların hər birinə müsabiqə komissiyasının üzvləri tərəfindən rəy verildikdən sonra müəlliflər tərəfindən referat işlərinin müdafiəsi və təqdimatı dinlənilmişdir

Müsabiqə komissiyasının iştirakı ilə keçirilən iclasda təqdim edilmiş referat işlərinin qiymətləndirilməsi aparılmış və müsabiqə qalibləri müəyyən edilmişdir.

Müsabiqənin nəticələrinə görə 3 saylı Ərazi Vergilər İdarəsinin Koordinasiya bölməsinin stajçı mütəxəssisi Şixəmmədov Orxan Nurməmməd oğlu I yerə, 13 saylı Ərazi Vergilər İdarəsinin Koordinasiya bölməsinin stajçı dövlət vergi müfəttişi Kərimov Elnur Qəzənfər oğlu II yerə və 10 saylı Ərazi Vergilər İdarəsinin Koordinasiya bölməsinin stajçı dövlət vergi müfəttişi Rəsulova Gülnar Şərif qizı III yerə layiq görülmüşlər. Qaliblərə sertifikatlar, hədiyyələr, kitablar və bukletlər təqdim edilmişdir.

Sonda müsabiqənin qalibləri bu cür tədbirin keçirilməsinə görə Mərkəzin rəhbərliyinə və onlara dərs deyən müəllimlərə minnətdarlığını bildirmişlər.