Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılmasının 15 illiyi ilə əlaqədar vergilər nazirinin müvafiq əmri ilə təsaiq edilmiş Tədbirlər Planının icrası məqsədilə 12 iyul 2017-ci il tarixdə vergitutmanın aktual məsələlərinə həsr olunmuş viktorina (yarış müsabiqəsi) keçirilmişdir. Viktorinada (yarış müsabiqəsində) ilkin peşə hazırlığı təlim kurslarında iştirak edən dinləyicilər iştirak etmişlər.
Müsabiqədə qaliblərinin müəyyən edilməsi üçün münsiflər heyəti yaradılmışdır.
Tədris Mərkəzinin rəisinin birinci müavini, müsabiqə komissiyasının sədri Ceyhun Mehdiyev tədbiri açaraq Tədris Mərkəzinin yaradılmasının 15 illiyi ilə əlaqədar vergilər nazirinin təsdiq etdiyi Tədbirlər Planında nəzərdə tutulan bütün tədbirlərin ardıcıllıqla icra olunduğunu və bu günkü tədbirin də növbəti tədbirlərdən biri olduğunu söylədi. O, müsabiqədə iştirak edən əməkdaşlara uğurlar arzuladı, keçiriləcək viktorinanın (yarış müsabiqəsinin) qaydaları ilə iştirakçıları tanış etdi.
Müsabiqədə iştirakçılar 4 komanda şəklində yarışıblar. Hər komanda 5 nəfərdən ibarət olmaqla təşkil edilmişir. Komandalara testlər təqdim edilmiş və testlərə tez və düzgün cavab verən komanda turun qalibi olmuşdur.
Müsabiqə iki turdan ibarət olmaqla keçirilib. Birinci turda ən çox bal toplamış iki komanda finalda yarışmışdır.
Müsabiqənin qalibləri yarışın son mərhələsində maksimal topladığı bal əsasında müəyyən edilmişdir.
Müsabiqədə aşagıdakı komanda qalib gəlmişdir:
1. Əliyev Heydər Hüseyn oğlu - 10 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu bölməsinin stajçı dövlət vergi müfəttişi;
2. Əliyev Əli Elxan oğlu - 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Şəffaf vergi partnyorluğu bölməsinin stajçı dövlət vergi müfəttişi;
3. Abdullayev Teymur Zahid oğlu – 10 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin stajçı dövlət vergi müfəttişi;
4. İsmayılov Sənan Sətdar oğlu - 8 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin Bəyannamələrin və risklərin təhlili bölməsinin stajçı dövlət vergi müfəttişi;
5. Mənafov Aydın Məzahir oğlu - 9 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin stajçı dövlət vergi müfəttişi.
Sonda qaliblərin hər bir üzvünə sertifikat və hədiyyə təqdim edilmişdir.