XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlimlər təşkil edilmişdir.

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimin keçirilməsi barədə 10 may 2017-ci il tarixli müvafiq əmrləri ilə Tədris Mərkəzində 15 may 2017-ci il tarixdən 19 iyun 2017-ci il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə  təlimlər təşkil edilmişdir.

Təlimlərə 2 qrup olmaqla 38 nəfər stajçı əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, peşə fəaliyyətinin sahə xüsusiyyətləri (vergi inzibatçılığı), peşə fəaliyyətinin ümumi mövzuları və mühasibat uçotunun əsasları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 174 tədris saatı ayrılmışdır.

Stajçı əməkdaşların hər biri imtahanından əvvəl 5-10 dəqiqəlik məruzə ilə sərbəst bir mövzu üzrə təqdimat keçirmişdir. Əməkdaşlardan Vergi siyasəti və strateji araşdırmalar departamentinin Vergi siyasəti idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin dövlət vergi müfəttişi Seyidov Elçin Adil oğlu, Daxili təhlükəsizlik departamentinin Analitik təhlil şöbəsinin dövlət vergi müfəttişi Məmmədova Ayşən Şirzad qızı, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarən şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi Əsədov Firudin Tamerlan oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyeva Bahar Arif qızı, 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Hüseynov Tural İbrahim oğlu, 6 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin dövlət vergi müfəttişi Əliyev Xəlil Ələkbər oğlu, 5 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlarla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarən bölməsinin dövlət vergi müfəttişi Səlimov Lətif Azər oğlu, 14 saylı Ərazi Vergilər İdarəsinin Hüquq bölməsinin hüquqşünası Həsənli Həsən Şahəddin oğlu və Laçın rayon Vergilər Şöbəsinin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə baş dövlət vergi müfəttişi Şirinov Şahlar İlham oğlu fərqlənmişlər.

Kursun yekunu üzrə, 19 iyun 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin Analitik təhlil şöbəsinin dövlət vergi müfəttişi Məmmədova Ayşən Şirzad qızı, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin Məlumat mübadiləsi və inzibati yardım şöbəsinin dövlət vergi müfəttişi Məmmədova Nərmin Şahin qızı, 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Hüseynov Tural İbrahim oğlu və  12 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Əhliyyətli Səbuhi Ədalət oğlu imtahandan “əla” qiymətlər almışlar.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinin Vergi risklərinin təhlili idarəsinin Vergi qanunvericiliyinin icrasının təhlili şöbəsinin dövlət vergi müfəttişi Hümbətov Savalan Tahir oğlu imtahanda “qeyri-kafi” qiymət almışdır. 

Qruplar üzrə orta nəticə 84,1% və 79,3% olmuşdur.