XƏBƏRLƏR

“Strateji planlaşdırma” mövzusunda təlim keçirilmişdir

16 iyun 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Strateji planlaşdırma” mövzusunda təlim keçirilmişdir.

Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin İnsan resursları departamentinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi İlkin Rəhimov və müstəqil ekspert Cavid Abdullayev iştirak etmişdir.

Təlimə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin, Hüquq departamentinin, Vergi risklərinin təhlili və nəzarəti departamentinin, Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin, Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılmsı Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, 3, 4, 5 və 14 saylı Ərazi Vergilər İdarələrinin əməkdaşları iştirak etmişlər.

Təlimi giriş sözü ilə Vergilər Nazirliyinin İnsan resursları departamentinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi İlkin Rəhimov açaraq təlimin əhəmiyyətindən, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Vergilər Nazirliyinin strateji hədəflərindən, prioritet istiqamətlərindən danışdı.

Müstəqil ekspert Cavid Abdullayev qısa tanışlıqdan sonra təlimin gündəliyi ilə dinləyiciləri tanış etdi, təlimdən gözlənilən nəticələr barəsində dinləyicilərin fikirlərini dinlədi, strateji planlaşdırma ilə iştirakçıların mənsubiyyətinə dair göstəriciləri diqqətinə çatdırdı və onlara sessiya öncəsi tapşırıqlar verdi.

O, dinləyiciləri strateji planlaşdırmada istifadə olunan əsas anlayışlarla tanış etdi, strateji analiz metodlarını onların diqqətinə təqdim etdi.

Daha sonra təşkilati mandat və layihə ierarxiyası, planlaşdırmanın əsas prinsipləri, planın müxtəlif mərhələləri barədə mühazirə söylədi, dinləyicilərə simulyasiya çalışmaları verdi.

Yekunda tapşırıqların və söylənilən mühazirənin nətəcələri müzakirə edildi.