16 iyun 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Kiçik biznesin vergiyə cəlb edilməsinin praktiki aspektləri (beynəlxalq təcrübə)” mövzusunda təlim keçirilmişdir.
Təlimdə təlimçi qismində İqtisadiyyat və menecment kafedrasının müdiri İmran Qarayev çıxış etmişlər. Təlimə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla iş Departamentinin, 2, 11 və 12 saylı Ərazi Vergilər Departamentinin Kiçik sahibkarlarla iş idarələrinin, 3, 5, 6, 8, 9, 10 və 14 saylı Ərazi Vergilər İdarələrinin Kiçik sahibkarlarla iş şöbələrinin əməkdaşları cəlb edilmişlər.
Təlimdə kiçik biznesin identifikasiyası, onun vergiyə cəlb edilməsinin aktual məsələləri müzakirə edilmiş, kiçik biznesin vergiyə cəlb edilməsində Azərbaycan təcrübəsi araşdırılmış, mövcud vəziyyətlə digər ölkələrin vergi sistemləri arasında müqayisəli təhlillər aparılmışdır. Beynəlxalq təcrübə araşdırılarkən Rusiya Federativ Respublikası, Gürcüstan, Qazaxıstan, ABŞ, İsveçrə və Fransa ölkələrinin nümunələri əsas götürülmüş, fərqli xüsusiyyətlər araşdırılmışdır.
Təlimdə kiçik sahibkarlığın inkişaf istiqamətləri və bu istiqamətdə həyata keçirilən vergi siyasət ilə bağlı məsələlər müzakirə edilmiş və konkret təkliflər verilmişdir.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılmışdır.