Vergilər Nazirliyinin 22 may 2017-ci il tarixli əmrinə əsasən dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatında olan əməkdaşların idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün 26 may 2017-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında “Strateji planlaşdırma” mövzusunda təlim təşkil edilmişdir.
Təlimdə təlimçi qismində müstəqil ekspert Cavid Abdullayev və dinləyici qismində Nazirliyin aparatının, Tədris Mərkəzinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin və Ərazi Vergi Departamentlərinin və İdarələrinin 20 nəfər rəhbər vəzifəli əməkdaşı iştirak etmişlər.
Təlimdə “Strateji planlaşdırmada istifadə olunan əsas anlayışlar”, “Strateji planlaşdırma ilə iştirakçıların mənsubiyyətinə dair göstərici”, “Strateji analiz metodları”, “Təşkilati mandat və layihə ierarxiyası”, “Planlaşdırmanın əsas prinsipləri”, “Planın müxtəlif mərhələləri” və “Simulyasiya çalışması” mövzuları tədris edilmiş, təlimin mahiyyəti və məqsədləri açıqlanmış və təlimdən gözlənilən nəticələr müzakirə edilmişdir.