XƏBƏRLƏR

Tədris Mərkəzində Şamaxı Dövlət Regional Kollecin tələbələri ilə göruş keçirilmişdir

24 may 2017-ci il tarixdə Tədris Mərkəzində Şamaxı Dövlət Regional Kollecin tələbələri ilə görüş təşkil edilmişdir. Görüşün əsas məqsədi Tədris Mərkəzinin fəaliyyət istiqamətləri, onun yüksək standartlara cavab verən müasir infrastrukturu ilə tanış olmaqdan və təhsil aldıqları sahılər üzrə biliklərinin daha da təkmilləşdirilməsindən ibarət olmuşdur.

Görüşdə Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov Tədris Mərkəzinin yaranması tarixindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tədris Mərkəzinin Şamaxı rayonunun Nağaraxana kəndində açılışından və bu bölgədə yerləşməsinin əhəmiyyətindən, Mərkəzin fəaliyyət istiqamətlərindən geniş danışdı.

Kollecin maliyyə işi, vergi işinin təşkili və dövlət büdcəi ixtisasları üzrə təhsil alan tələbələrinin Tədris Mərkəzi ilə tanışlığı Vergi Muzeyində davam etdirildi. İqtisadiyyat və menecment kafedrasının müdiri İmran Qarayev Vergi Muzeyinin yaradılması tarixindən danışdı və orada nümayiş etdirilən eksponatlar haqqında məlumat verdi. O qeyd etdi ki, Vergi Muzeyinin əsas məqsədi Azərbaycanda müxtəlif tarixi dövrlərdə tətbiq edilən vergilər baradə analitik informasiyalar verməkdən ibarətdir. O tələbələrə Azərbaycanda antik, sasanilər, səlcuqlar, atabəylər, elxanilər, ağqoyunlular, qaraqoyunlular, xanlıqlar, Xalq Cümhuriyyati, Sovetlər dövrundə tətbiq edilən vergilər barədə geniş və ətraflı məlumat verdi. Vergi Muzeyində müasir dövr xüsusilə əhatə olunduğundan bu barədə informasiya daha geniş verildi.

Görüşdə Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının baş müəllimi Fariz Yadigarov Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərdən geniş danışdı. O qeyd etdi, vergi ödəyicilərinə göstərilən xidmətlər çoxşaxəlidir və Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlərin böyük bir hissəsi elektronlaşdırılmış və vergi ödəyiciləri çox asanlıqla bu xidmətlərdən istifadə edirlər. O, Vergilər Nazirliyinin, Tədris Mərkəzinin saytları barədə, 195 Çagrı Mərkəzi və vergi orqanları ilı vergi ödəyiciləri arasında bağlanan şəffaf Vergi Partnyorluğu Sazişləri barədə daha geniş informasiya verdi.

Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov Kollecin tələbələri ilə bu cür görüşün səmərəsindən danışdı. O qeyd etdi ki, təhsil aldıqları ixtısasların gələcəkdə vergi sistemində calışmaları üçün böyük əhəmiyyəti vardır və bu təhsil davam etdirilməlidir. Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə birgə həyata keçirdiyi layihələrdən danışaraq qeyd etdi ki, hazırda bütün bölgələrdə metodiki kabinetlər fəaliyyət göstərir, məktəblərdə vergi fənni tədris olunur, ənənəvi olaraq uşaqlar arasında rəsm müsabiqəsi, ali təhsil müəssisələrinin tələbələri arasında Vergi Olimpiadası, teferat müsabiqəsi keçirilir.

Sonda tələbələr Tədris Mərkəzinin infrastrukturu ilə tanış oldular.