XƏBƏRLƏR

“Təlimin əsasları” mövzusunda təlim təşkil edilmişdir.

Vergilər Nazirliyinin 12 may 2017-ci il tarixli əmrinə əsasən dövlət vergi orqanlarında həyata keçirilən təlim proseslərinə təlimçi qismində cəlb edilən əməkdaşların təlimlərin keçirilməsi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün “Təlimin əsasları” mövzusunda 15 may 2017-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında təlim təşkil edilmişdir.

Təlimdə təlimçi qismində İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin rəisi Nərmin Mirzəyeva və dinləyici qismində Nazirliyin aparatının, Tədris Mərkəzinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin 15 nəfər əməkdaşı iştirak etmişlər.

Təlimdə təlimin mahiyyəti və məqsədləri açıqlanmış, təlimin planlaşdırılması, təlim materiallarının hazırlanması, təlim metodları və alətləri, öyrənmə tərzləri və onlara uyğun olaraq tətbiq edilməli olan təlim metodları, təlim zamanı problemli vəziyyətlərin idarə edilməsi, təlimin qiymətləndirilməsi mövzuları geniş müzakirə edilmişdir.

Təlimçi N.Mirzəyevanın komanda işini qurmaq, mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.