04-05 may 2017-ci il tarixlərində Bakı Biznes Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Uğurlu islahatların səmərəli nəticələri: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda İtaliyanın, Ruminiyanın, Çexiyanın, Rusiyanın, Ukraniyanın və Azərbaycanın iqtisadiyyat sahəsində çalışan alimləri, professor və akademikləri iştirak etmişdir. Bu konfransda Vergilər Nazirliyinin Tədris Mərkəzini kafedra müdiri Qarayev İmran “Kiçik biznesin inkişafının müasir problemləri” mövzusunda çıxış etmişdir.