XƏBƏRLƏR

Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimləri keçirilmişdir.

Vergilər Nazirliyinin 14 aprel 2017-ci il və 17 aprel 2017-ci il tarixli əmrləri ilə 25 aprel 2017-ci il tarixdən 3 may 2017-ci il tarixədək olan müddətdə “Hüquqi təminat işlərinin təşkili” və “Vergi öhdəliklərinin icrasına nəzarət” sahələri üzrə vergi inzibatçılığı təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimləri keçirilmişdir.

Təlimlərə “Hüquqi təminat işlərinin təşkili” sahəsində çalışan 14 nəfər, “Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsində çalışan 19 nəfər olmaqla ümumilikdə, 33 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin Hüquq şöbəsinin böyük dövlət vergi müfəttişi Paşayev Elsevər Rüstəm oğlu və 13 saylı Ərazi Vergilər İdarəsinin Hüquq bölməsinin böyük hüquqşünası Şakirli Nigar Şahid qızı təlimdə iştirak etməmişdir.   

Təlimlərə 7 gün davam etmişdir.  

 “Hüquqi təminat işlərinin təşkili” sahəsində çalışan əməkdaşlardan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquq idarəsinin 1-ci şöbəsinin baş hüquqşünası Bədirxanov Qoşqar Firidun oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Hüquq idarəsinin İddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası Rzayev Elşin Rəşid oğlu, 2 saylı Ərazi Vergilər Departamentin Hüquq şöbəsinin baş hüquqşünası Tağıyev Nahid Şəmkir oğlu, 5 saylı Ərazi Vergilər İdarəsinin Hüquq bölməsinin hüquqşünası Müslümov Namiq Vahid oğlu, 12 saylı Ərazi Vergilər Departamentin Hüquq şöbəsinin baş hüquqşünası Qurbanova Aybəniz Elman qızı və 14 saylı Ərazi Vergilər İdarəsinin Hüquq bölməsinin hüquqşünası Əfəndiyev Mehrac Füzuli oğlu təlim zamanı xüsusilə fərqlənmişlər.

“Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsində çalışan əməkdaşlardan 12 saylı Ərazi Vergilər Departamentin Regional gəlirlər idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Səlimov Sadiq Azad oğlu  və 10 saylı Ərazi Vergilər idarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin böyük dövlət vergi müfəttişi Məsimov Zaur Zeynəddin oğlu fərqlənmişlər.

 “Hüquqi təminat işlərinin təşkili” və “Vergi öhdəliklərinin icrasına nəzarət” sahələri üzrə təlim kurslarının sonunda, 3 may 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 31 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qruplar üzrə yekun nəticələr müvafiq olaraq 88,8% və 65,7% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə “Hüquqi təminat işlərinin təşkili” sahəsi üzrə əməkdaşlardan 5 nəfər 1-ci dərəcəli, 2 nəfər 2-ci dərəcəli, 5 nəfər isə 3-cü dərəcəli, “Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə əməkdaşlardan 1 nəfər 2-ci dərəcəli, 10 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.

“Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər idarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi Quliyev Yalçın Vaqif oğlu, 5 saylı Ərazi Vergilər idarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi Muradov Zəfər Cilingir oğlu, 8 saylı Ərazi Vergilər idarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi Mirzəyev Eltun Mətləb oğlu, 13 saylı Ərazi Vergilər idarəsinin Regional gəlirlər şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi Soltanov Kamil Hümmət oğlu, 14 saylı Ərazi Vergilər idarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi Qasımov Elvin Vilayət oğlu, Şuşa rayon Vergilər Şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin böyük dövlət vergi müfəttişi Məmmədov Emin İsgəndər oğlu, Ağdam rayon Vergilər Şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin böyük dövlət vergi müfəttişi Qurbanov Elyar Fərman oğlu və Xocavənd rayon Vergilər Şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət üzrə böyük dövlət vergi müfəttişi Qaraşov Emin Famil oğlu “Vergi inzibarçılığı” təlim bloku üzrə keçirilən imtahanda “qeyri-kafi” qiymət almışlar və təkrar imtahan prosesinə cəlb ediləcəklər.