XƏBƏRLƏR

Tədris Mərkəzi ilə “İMZA GROUP” MMC arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır

22 aprel 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “İMZA GROUP”  MMC arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır. Qeyd edək ki, “İMZA GROUP” MMC maliyyə, vergi, audit və mühasibat xidmətləri göstərən, eyni zamanda bu sahələr üzrə təlimlər keçirən təşkilatdır. İmzalanmış Memoranduma əsasən iki təşkilat bir sıra fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq edəcək. Bu istiqamətlər əsasən aşağıdakılardır:

  1. Vergi qanunvericiliyi üzrə təlim materiallarının hazırlanması;
  2. Vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək üçün tədbirlərin keçirilməsi;
  3. Müvafiq sahələr üzrə birgə konfrans, seminar, təlim və görüşlərin keçirilməsi;
  4. Müvafiq sahələr üzrə konsaltinq və digər xidmətlərin göstərilməsi.

Əməkdaşlıq ediləcək mühüm sahələrdən biri də Tədris Mərkəzində ACCA  (peşəkar mühasiblər üçün beynəlxalq sertifikat) sertifikatlaşdırma imtahanlarının təşkili üçün lisenziyanının alınması prosesinə başlanılmasıdır. Hazırda bu sahədə işlər davam etməkdədir.

Tədris Mərkəzi cari ildə fəaliyyət istiqamətlərini genişləndirməyi və çoxtərəfli əlaqələrin qurulmasını qarşısına məqsəd qoymuşdur. Bu məqsədin həyata keçirilməsi  üçün bir sıra dövlət və özəl qurumlarla, həmçinin, təlim, tədris mərkəzləri ilə əməkdaşlığa dair memorandumların imzalanması nəzərdə tutulur.