XƏBƏRLƏR

Ədliyyə Akademiyasında bələdiyyə üzvləri və qulluqçuları üçün təlim keçirilmişdir.

Ədliyyə Akademiyasında 02 may 2017-ci tarixində Naxçıvan Muxtar Respublikasının bələdiyyə üzvləri və qulluqçuları üçün keçirilən maarifləndirmə kursunda Vergilər Nazirliyinin Tədris Mərkəzinin kafedra müdiri Qarayev İmran tərəfindən “Büdcə sistemi” və “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında  Azərbaycan Respublikasının Qanunları, “Yerli vergi və ödənişlər, onların hesablanması və ödənilməsi” mövzuları üzrə təlim keçirilmişdir. Aparılan təlim prosesində bələdiyyə vergilərinin hesablanması və ödənilməsinin praktiki aspektləri araşdırılmış və mövzular ətrafında müzakirələr aparılmışdır.