XƏBƏRLƏR

Dövlət vergi orqanlarının koordinasiya sahəsində çalışan əməkdaşları üçün təlim keçirilmişdir

Vergilər Nazirliyinin 26 aprel 2017-ci il tarixli əmri ilə dövlət vergi orqanları əməkdaşlarının kadr məsələləri ilə bağlı məlumatlandırılması məqsədilə 27-28 aprel 2017-ci il tarixlərdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi orqanları üzrə kadr məsələləri” mövzusunda təlim keçirilmişdir. 

Təlimdə təlimçi qismində İnsan resursları departamentinin baş direktorunun birinci müavini Elməddin Süleymanov, həmin departamentin İnsan resurslarının planlaşdırılması şöbəsinin rəhbəri Akif Osmanov və dinləyici qismində Vergilər Nazirliyi yanında Departamentlərin, Ərazi Vergi Departamentləri və İdarələrinin, Rayon Vergilər Şöbələrinin əməkdaşları (şöbə rəhbərləri, bölmə rəhbərləri, baş mütəxəssisləri) iştirak etmişlər.                                            

Təlimdə “Dövlət vergi orqanlarına vəzifəyə təyinat, yerdəyişmə və vəzifədən azad olunma ilə əlaqədar vergi orqanlarında təqdimatların, ərizələrin və digər müvafiq sənədlərin hazırlanması”, “AVİS - kadr alt modulunun idarə edilməsi”, “Əmək müqaviləsi bildirişlərinin e-hökumət portalına işlənməsi” və “Kadr işlərinin təşkili zamanı problemli məsələlərin idarə edilməsi” istiqamətində mövzularlar geniş müzakirə edilmişdir.