XƏBƏRLƏR

Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Vergilər Nazirliyinin 5 aprel 2017-ci il və 10 aprel 2017-ci il tarixli əmrləri ilə 17 aprel 2017-ci il tarixdən 25 aprel 2017-ci il tarixədək olan müddətdə “Bəyannamələrin, daxilolmaların və risklərin təhlili” və “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahələri üzrə vergi inzibatçılığı mövzularında Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimləri təşkil edilmişdir.

Təlimlərə “Bəyannamələrin, daxilolmaların və risklərin təhlili” sahəsində çalışan 17 nəfər, “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahəsində çalışan 14 nəfər olmaqla ümumilikdə, 31 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Vergilər Nazirliyinin Füzuli rayon Vergilər Şöbəsinin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölməsinin dövlət vergi müfəttişi İsmayılov Sərdar Süleyman oğlu təlimdə iştirak etməmişdir.   

Təlimlərə ümumilikdə  76 tədris saatı ayrılmış və 7 gün davam etmişdir.  

Təlim zamanı “Bəyannamələrin, daxilolmaların və risklərin təhlili” sahəsində çalışan əməkdaşlardan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İqtisadi təhlil idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Kərimov Elmar Əliyar oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi risklərinin təhlili idarəsinin direktorunun müavini Babayev Azər Nazim oğlu, həmin departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi Həbibov Ramil Tarverdi oğlu, 12 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil şöbəsinin dövlət vergi müfəttişi Aslanov Xəyyam Əli oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahəsində çalışan əməkdaşlardan 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Şəffaf vergi partnyorluğu bölməsinin rəhbəri Rəsulov Vüqar Əlibala oğlu, 10 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin rəhbəri Yolçuyev Elnur Maarif oğlu və 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Vergi ödəyicilərinə xidmət bölməsinin böyük dövlət vergi müfəttişi Umudov Orxan İlqar oğlu fərqlənmişlər.

 “Bəyannamələrin, daxilolmaların və risklərin təhlili” və “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” təlim blokları üzrə təlim kurslarının sonunda, 25 aprel 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 30 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qruplar üzrə yekun nəticələr müvafiq olaraq 82,0% və 80,5% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 9 nəfəri 2-ci dərəcəli, 11 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin baş dövlət vergi müfəttişi İlyasova İntizar Seyidəhməd qızı, həmin Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin böyük dövlət vergi müfəttişi İbadov Afiq Cavanşir oğlu, İqtisadi təhlil idarəsinin Bəyannamələrin təhlili şöbəsinin dövlət vergi müfəttişi İsmayılova Rəna Novruz qızı, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Şəffaf vergi partnyorluğu şöbəsinin rəhbəri Əhmədov Şükür Mahir oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 10-cu zona üzrə şöbəsinin baş dövlət vergi müfəttişi Əliyev Ruslan Cəmil oğlu, 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Şəffaf vergi partnyorluğu şöbəsinin dövlət vergi müfəttişi Hüseynov Yaşar Nizami oğlu, 13 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Şəffaf vergi partnyorluğu bölməsinin rəhbəri Kamlayev Rəvan Aydın oğlu,  14 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin Bəyannamələrin və risklərin təhlili bölməsinin dövlət vergi müfəttişi Məmmədov Sərxan Eldar oğlu, Xocalı rayon Vergilər Şöbəsinin bəyannamələrin kameral yoxlanılması üzrə dövlət vergi müfəttişi Həşimov İlham Kərim oğlu və Vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə böyük dövlət vergi müfəttişi Kərimov Rauf Tahir oğlu  imtahanlarda “qeyri-kafi” qiymət almışdır.