XƏBƏRLƏR

“Vergi qanunvericiliyinin icrasına nəzarət sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Sertifikatlaşdırma təlimi başa çatmışdır

Vergilər Nazirliyinin 30 mart 2017-ci il tarixli 1717041700463700 nömrəli əmri ilə 5 aprel 2017-ci il tarixdən 17 aprel 2017-ci il tarixədək olan müddətdə “Vergi qanunvericiliyinin icrasına nəzarət sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 15 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Yaqubova Mehparə Yusif qızı və həmim Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Hüseynova Vəfa Zəfər qızı, 2 saylı Ərazi Vergilər Departamentinin Regional gəlirlər idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişləri Ağayeva Rəşanə Ağasab qızıƏləkbərov Ağadadaş Həbibulla oğlu və 3 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin rəhbəri  Ələkbərov Müqəddəs Aydın oğlu xəstəlik ilə əlaqədar olaraq təlimlərdə iştirak etməmişlər.   

Təlimə 46 tədris saatı ayrılmış və 10 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi İskəndərov Kamal Bahadır oğlu, Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Məmmədov Seymur Bəbir oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər. 

 “Vergi qanunvericiliyinin icrasına nəzarət sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 17 aprel 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 10 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 80,1% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 4 nəfəri 2-ci dərəcəli, 5 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

8 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi  Orucov Müşfiq Qurban oğlu imtahanda “qeyri-kafi” qiymət almışdır.