XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlim təşkil edilmişdir.

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimin keçirilməsi barədə 28 fevral 2017-ci il tarixli əmri ilə Tədris Mərkəzində 2 mart 2017-ci il tarixdən 30 mart 2017-ci il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda  təlim təşkil edilmişdir.

Təlimə 17 nəfər stajçı əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, peşə fəaliyyətinin sahə xüsusiyyətləri (vergi inzibatçılığı), peşə fəaliyyətinin ümumi mövzuları, AVİS-in alt modulundan istifadə qaydaları və mühasibat uçotunun əsasları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 116 tədris saatı ayrılmışdır.

Stajçı əməkdaşların bir qrupu tədris məşğələlərində xüsusi fəallıq göstərmişlər. Bu əməkdaşlardan Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Kosayeva Günel Azər qızını, 2 saylı Ərazi Vergilər Departamentinin Regional gəlirlər idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi Məmmədova Ceyhunə Əkbər qızını və 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Qasımov Toğrul İlqar oğlunu  qeyd etmək olar.

Stajçı əməkdaşların hər biri imtahandan əvvəl 5-10 dəqiqəlik məruzə ilə sərbəst bir mövzu üzrə təqdimat keçirmişdir. Əməkdaşlardan Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin mütəxəssisi Əfəndiyev Xəlil Valeh oğlu “Ticarət festivalı” mövzusunda, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Qeydiyyatın təhlili şöbəsinin dövlət vergi müfəttişi Mirzəyeva Tamaşa İbrahim qızı “Hüquqi şəxslərin əmlak vergisi” mövzusunda, Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Hacıyev Samir Malik oğlu “Ofşor zonalar” mövzusunda və 2 saylı Ərazi Vergilər Departamentinin Regional gəlirlər idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi Məmmədova Ceyhunə Əkbər qızı “Vergi Məcəlləsinə dəyişikliklər. Nağd hesablaşmaların məhdudlaşdırılması” mövzusunda təqdimatda  fərqlənmişlər.

Kursun yekunu üzrə, 30 mart 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

İmtahandan 2 saylı Ərazi Vergilər Departamentinin Regional gəlirlər idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi Məmmədova Ceyhunə Əkbər qızı “əla”, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İri vergi ödəyiciləri ilə iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi Salmanov Sahil Muxtər oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin böyük dövlət vergi müfəttişi İslamlı Cavanşir Allahverdi oğlu, 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Bəyannamələrin və risklərin təhlili bölməsinin dövlət vergi müfəttişi Əlibəyov Əli Arif oğlu və 4 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil şöbəsinin dövlət vergi müfəttişi İsmiyev Elşən Hidayət oğlu “qeyri-kafi” qiymətlər almışlar.