XƏBƏRLƏR

“Dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqəyə hazırlıq” mövzusunda təlimlərə başlanılmışdır.

Vergilər Nazirliyinin 7 mart 2017-ci il tarixli əmri ilə 13 mart 2017-ci il tarixdən 13 aprel 2017-ci il tarixədək olan müddətdə Vergilər Nazirliyinin Tədris Mərkəzində dövlət vergi orqanlarının büdcədənkənar fond hesabına saxlanılan əməkdaşları üçün “Dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqəyə hazırlıq” mövzusunda təlimlərə başlanılmışdır.

Təlimə dövlət vergi orqanlarının büdcədənkənar fond hesabına saxlanılan 56 əməkdaşı cəlb edilmişdir.

Təlimlərin keçirilməsində əsas məqsəd dövlət vergi orqanlarının büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlarının vergi orqanlarına işə qəbul üçün  keçiriləcək müsabiqənin test imtahanı mərhələsinə hazırlanmasıdır.

Kursun tədris-mövzu planına Vergi Məcəlləsinin ümumi və xüsusi hissələrini əhatə edən mövzular, Mühasibat uçotu, İqtisadi nəzəriyyə, İnformatika, digər qanunvericilik aktları ilə bağlı olan mövzular daxildir.

Təlimə 76 tədris saatı və sərbəst hazırlıq üçün 76 məsləhət saatı ayrılmışdır və təlimin 19 iş günü davam etməsi nəzərdə tutulur.