XƏBƏRLƏR

Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Vergilər Nazirliyinin müvafiq əmri ilə 20 fevral 2017-ci il tarixdən 27 fevral 2017-ci il tarixədək olan müddətdə “Vergi öhdəliklərinin icrasına nəzarət sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 19 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilsə də Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Zeynalov Rüfət Rəhman oğlu və 2 saylı Ərazi Vergilər Departamentinin Regional gəlirlər idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi İsayev Emil Cəmil oğlu bu təlimdə iştirak etməmişlər.

Tədris-mövzu planına “Dövlət vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə (50.1.3-cü, 50.1.8-ci, 50.1.10-cu - 50.1.13-cü maddələr) uyğun olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi”, “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması. Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi”, “Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili. Prosessual qərarlara baxılması”, “Vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili”, “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların alınması”, “İş bölgüsü prosesində vaxtın idarə edilməsi”, “Vaxtında təqdim edilməmiş vergi bəyannamələri (hesabatları) ilə bağlı qaydalar”, “Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci  tarixli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları»nın (Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2003-cü il tarixli 8  nömrəli və  27 may 2005-ci  il tarixli  236  nömrəli  Fərmanları ilə edilmiş dəyişiklik nəzərə alınmaqla) vergi  ilə bağlı müddəalarının  tətbiqi. Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi”,  “AVİS-in “Borc” və Operativ Vergi Nəzarəti  alt sistemlərindən istifadə” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 26 tədris saatı ayrılmış və 6 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin   dövlət vergi müfəttişi Nağıyev Səbuhi Nadir oğlu, İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin dövlət vergi müfəttişi İslamlı Teymur Xeyrulla oğlu və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin rəhbəri Quliyev Murtuza Firəddin oğlu müzakirə olunan məsələlərə yanaşmada fərqlənmişlər.

“Vergi öhdəliklərinin icrasına nəzarət sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 27 fevral 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 17 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun orta nəticə 69,7% olmuşdur.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 10 nəfəri 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin  böyük dövlət vergi müfəttişi Əliyev Elbrus İqrar oğlu,  dövlət vergi müfəttişi  Quliyev Arif Əhməd oğlu, həmin Departamentin Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Səlimov Aydın Yusif oğlu,  Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin rəhbəri Ağamirov Fərid Rafiq oğlu, 1-ci bölməsinin dövlət vergi müfəttişi Baxşalıyev Vahid İsmayıl oğlu, həmin Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin dövlət vergi müfəttişi Cabbarov Elmin Mahir oğlu və 2 saylı Ərazi Vergilər Departamentinin Kiçik sahibkarlıqla iş idarəsinin Vergi ödəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Bağırov Cabir Fərman oğlu “Vergi inzibatçılığı” təlim bloku üzrə zəif nəticə göstərmiş və onların yekun imtahan nəticələri “qeyri-kafi” qiymətləndirilmişdir.