Maliyyənin idarə edilməsi, maliyyə hesabatlarının formalaşdırılması, biznesin formalaşdırılması, kapitalın hərəkəti, risklərin təhlili, idarə olunması və digər istiqamətlərdə biliklərin mənimsənilməsi, bununla da səyyar və kameral vergi yoxlamalarının keçirilməsinin səmərəliyinin artırılması, risklərin təhlilinin daha səmərəli şəkildə həyata keçirilməsi məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün “Korporativ maliyyə” (Corporate finance) fənni üzrə təlimlərin keçirilməsinə başlanmışdır.
Təlimlər 24 fevral 2017-ci il tarixdə başlamış, hər həftənin cümə günləri keçirilməklə 7 iyul 2017-ci il tarixədək davam edəcək. Təlimlər həm əyani formada (auditoriyada dinləyicilərin iştirakı ilə), həm də onlayn rejimdə, inglis dilində keçirilir.
“Korporativ maliyyə” (Corporate finance) fənni üzrə 20 təlimin keçirilməsi nəzərdə tutulur. Təlim zamanı aşağıdakı mövzular üzrə mühazirlələr dinləniləcək:
Təlimin sonunda imtahanın keçirilməsi nəzərdə tutulur.
Təlimi təkrar izləmək istəyənlər E-kitabxananın Onlayn təlimlər pəncəricinə girməklə “Bitmiş təlimlər” bölməsində təlimin videoyazısına baxa bilərlər.