XƏBƏRLƏR

Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə başlanılmışdır

2016-ci ilin iyul ayından başlanılaraq Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə başlanılmışdır. Proses zamanı Mərkəzin idarəetməsinin, tədrisin keyfiyyətinin, resurslardan istifadənin, aparılan tədris siyasətinin, Tədris Mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, Mərkəzin maddi-texniki təchizatının beynəlxalq standartlara uyğunluğu yoxlanılmışdır. Dünyanın nüfuzlu və 150 ildən çox tarixi olan Almaniyanın TUV Thuringen e.V şirkətinin Azərbaycan ofisi tərəfindən audit aparılmış və Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülmüşdür. Sertifikatın təqdimatı cari ilin dekabr ayının 7-də Türkiyənin İstanbul şəhərində TUV Thuringen e.V şirkətinin baş ofisinin əməkdaşları, Türkiyə bölgə rəhbəri Metin Duran, Azərbaycan ofisinin rəhbəri Zamil Həsənovun iştirakı ilə Mərkəzin rəisi Əli Həsənova təqdim edilmişdir. Görüş zamanı TUV Thuringen şirkəti ilə gələcək əməkdaşlıq barədə razılıq əldə edilmişdir.