17 yanvar 2017-ci il tarixdən 19 yanvar 2017-ci il tarixədək Vergilər “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu sahəsində aktual məsələlər” mövzusunda təlim keçirilir.
Təlimə dinləyici qismində Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 84 əməkdaşının iştirakı nəzərdə tutulmuşdur.
Təlimdə Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydaları, Vergi ödəyiciləri. Vergi agenti. Vergi ödəyicilərinin və dövlət vergi orqanlarının hüquq və vəzifələri, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, Vergi bəyannamələrinin (xüsusilə də Sadələşdirilmiş vergi bəyannaməsi və əlavələri, MÖMV) tərtib edilmə qaydaları və təqdim edilməsi, vergilər üzrə ödəmə müddətləri, Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin, NKA-ların uçotu, Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi, Vergilər Nazirliyinin elektron xidmətləri, İnternet Vergi İdarəsində əməliyyatlar və Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi qaydaları barədə ətraflı məlumatlar verilir, geniş müzakirələr aparılır.