XƏBƏRLƏR

“Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu sahəsində aktual məsələlər” mövzusunda təlim təşkilm olunmuşdur.

9 yanvar 2017-ci il tarixdən 11 yanvar 2017-ci il tarixədək Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin inzibati binasında “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu sahəsində aktual məsələlər” mövzusunda təlim təşkil olunmuşdur.

Təlimə dinləyici qismində Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin əməkdaşları cəlb olunmuşdur.

Təlimdə Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydaları, Vergi ödəyiciləri. Vergi agenti. Vergi ödəyicilərinin və dövlət vergi orqanlarının hüquq və vəzifələri, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, Vergi bəyannamələrinin (xüsusilə də Sadələşdirilmiş vergi bəyannaməsi və əlavələri, MÖMV) tərtib edilmə qaydaları və təqdim edilməsi, vergilər üzrə ödəmə müddətləri, Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin, NKA-ların uçotu, Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi, Vergilər Nazirliyinin elektron xidmətləri, İnternet Vergi İdarəsində əməliyyatlar və Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi qaydaları barədə ətraflı məlumatlar verilmiş, geniş müzakirələr aparılmışdır.