XƏBƏRLƏR

Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı təlim keçirilib.

“Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2016-cı il tarixli Qanunu ilə bağlı Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən 29 dekabr 2016-ci il tarixində təlim keçirimişdir.

Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Əkbərov Malik və İqtisadiyyat və menecment kafedrasının müdiri Qarayev İmran, dinləyici qismində təlimdə Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin əməklaşları və Tədris Mərkəzinin əməkdaşları əməkdaşları iştirak etmişdir.

Təlimdə vergi qanunvericiliyində 2017-ci ildə qüvvəyə minən dəyişikliklər o cümlədən, ”Elektron Ticarət haqqında” Qanunda edilmiş dəyişikliklər, “Nağdsız hesablaşmalar haqqında” Qanunun əsas istiqamətləri və müddəaları barədə ətraflı məlumat verilmiş, geniş müzakirələr aparılmışdır.