XƏBƏRLƏR

Metodiki kabinetlərdə növbəti monitorinq keçirilmişdir

2016-cı il 13-15 dekabr  tarixində Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Yevlax, Mingəçevir, Bərdə və Tərtər  rayonlarının orta təhsil müəssələrindəki metodiki kabinetlərdə və vergi tədris otaqlarında monitorinq keçirilmişdir.

Monitorinq Vergilər Nazirliyinin Tədris Mərkəzinin, 11 saylı Ərazi Vergilər Departamentinin nümayəndələri,  orta təhsil müəssələrinin direktorları, metodiki kabinetlərə məsul olan şəxslər tərəfindən aparılmışdır. Monitorinqin aparılmasında əsas məqsəd metodiki kabinetlərin maddi-texniki təminatının araşdırılmasından, tədris və əyani vəsaitlərə olan tələbin öyrənilməsindən ibarət olmuşdur. Monitorinq prosesi zamanı metodiki kabinetlərin yerləşdiyi məktəblərin müəllimləri 11 saylı Ərazi Vergilər Departamentinin rəhbərliyinə vergi metodiki kabinetlərinə  dəstək verdikləri barədə fikirlərini bildirdilər. Daimi olaraq metodiki kabinetlər vergi ilə bağlı müxtəlif tipli əyani vəsaitlərlə, bukletlərlə, kitab və jurnallarla təmin edilirlər. Bu isə öz növbəsində şagirdlərdə vergi haqqında bilik və anlayışların formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Eyni zamanda monitorinq prosesi zamanı şagirdlərə monitorinq qrupunun nümayəndələri tərəfindən vergi ilə bağlı dərslər keçirilmişdir.