XƏBƏRLƏR

Metodiki kabinetlərdə növbəti monitorinq keçirilmişdir

      8-9 dekabr 2016-cı il tarixlərdə Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində daxil olan İsmayıllı, Oğuz, Qəbələ  rayonlarının orta təhsil müəssisələrindəki metodiki kabinetlərdə və vergi tədris otaqlarında monitorinq keçirilmişdir.

     Monitorinq Vergilər Nazirliyinin Tədris Mərkəzinin, 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndələri,  orta təhsil müəssisələrinin direktorları, metodiki kabinetlərə məsul olan şəxslər tərəfindən aparılmışdır. Monitorinqin aparılmasında əsas məqsəd metodiki kabinetlərin maddi-texniki təminatının araşdırılmasından, tədris və əyani vəsaitlərə olan tələbin öyrənilməsindən ibarət olmuşdur. Monitorinq prosesi zamanı vergi ilə bağlı dərslər keçirilmişdir.