XƏBƏRLƏR

“Səyyar vergi yoxlamasının aparılması sahəsi" üzrə sertifikatlaşdırma təlimi bitmişdir.

Vergilər Nazirliyinin müvafiq əmri ilə 1 dekabr 2016-cı il tarixdən 9 dekabr 2016-cı il tarixədək olan müddətdə “Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

        Təlimə bu sahədə çalışan 19 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

        Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Digər xidmət sahələri üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Hüseynova Vəfa Zəfər qızı və İstehsal sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Müzəffərov Rəfayil İsmayıl oğlu təlimdə iştirak etməmişlər.

            Tədris-mövzu planına “Səyyar vergi yoxlamasını keçirən yoxlayıcıların hüquq və vəzifələri. Səyyar vergi yoxlamasının formaları və onun təşkili prinsipləri. Səyyar vergi yoxlaması ilə əhatə edilən dövr”, “Səyyar vergi yoxlaması üçün yoxlayıcıların və müddətlərin müəyyən edilməsi. Səyyar vergi yoxlaması zamanı ümumi tələblər. Səyyar vergi yoxlamasının mərhələləri”, “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması”, “Gəlirlərin düzgünlüyünün yoxlanılması, xərclərin düzgünlüyünün yoxlanılması, vergilərin hesablanmasının düzgünlüyünün yoxlanması. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi”, “Vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili”, “AVİS-in “Audit (səyyar)” alt sistemindən istifadə”, “Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili”, “Mühasibat uçotu”,  “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş mühasibat uçotu” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 40 tədris saatı ayrılmış və 7 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin İri vergi ödəyicilərinin auditi idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Abdulzadə Tural Rasim oğlu,  Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Topdan ticarət sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Cəfərov Cahangir Şahin oğlu, 2-ci şöbəsinin dövlət vergi müfəttişi Hüseynova Elnurə Paşa qızı müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 9 dekab 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 17 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 79,3% olmuşdur.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 2 nəfəri 1-ci dərəcəli, 3 nəfəri 2-ci dərəcəli və 10 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Topdan ticarət sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Hüseynova Elnurə Paşa qızı və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin İri vergi ödəyicilərinin auditi idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Abdulzadə Tural Rasim oğlu  1-ci dərəcəli sertifikat almışlar.

Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin İri vergi ödəyicilərinin auditi idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Xəlilov Rəşid Aydın oğlu və Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İstehsal sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Kərimov Azər Paşa oğlu “Vergi inzibatçılığı” təlim bloku üzrə zəif nəticə göstərmiş və onların yekun imtahan nəticələri “qeyri-kafi” qiymətləndirilmişdir.