XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzində elmi seminar keçirilmişdir

6 dekabr 2016-cı il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “İqtisadiyyat və menecment” kafedrasının əməkdaşları tərəfindən “Kiçik biznesin vergiyə cəlb edilməsinin praktiki aspektləri (beynəlxalq təcrübə)” mövzusunda elmi seminar keçirilmişdir.

Seminarda  İqtisadiyyat və menecment kafedrasının müdiri İmran Qarayev və həmin kafedranın müəllimi Rəşad Əhmədov çıxış etmişlər. Tədris Mərkəzinin əməkdaşları tərəfindən mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

Seminarda kiçik biznesin identifikasiyası, onun vergiyə cəlb edilməsinin aktual məsələləri müzakirə olunmuşdur. Kiçik biznesin vergiyə cəlb edilməsində Azərbaycandakı mövcud vəziyyətlə digər ölkələrin vergi sistemilə müqayisəli təhlili aparılmışdır. Beynəlxalq təcrübə araşdırılarkən Rusiya Federativ Respublikası, Gürcüstan, Qazaxıstan, ABŞ, İsveçrə və Fransa ölkələrinin nümunələri əsas götürülmüşdür.

Seminarda kiçik sahibkarlığın inkişafı və onun vergiyə cəlb edilməsi ilə bağlı məsələlər müzakirə edilmiş və konkret təkliflər verilmişdir.