Vergilər Nazirliyinin müvafiq əmri ilə 10 noyabr 2016-cı il tarixdən 21 noyabr 2016-cı il tarixədək olan müddətdə “Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.
Təlimə bu sahədə çalışan 20 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İstehsal sahəsi üzrə Audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Ağamirov Fərid Rafiq oğlu, həmin şöbənin dövlət vergi müfəttişi Miriyev Oqtay Fərhad oğlu, 2-ci şöbənin dövlət vergi müfəttişi Kərimov Azər Paşa oğlu, həmin şöbənin dövlət vergi müfəttişi Bayramlı Fərid Mahmud oğlu və 2 saylı Ərazi Vergilər Departamentinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Ələkbərov Ağadadaş Həbibulla oğlu təlimlərdə iştirak etməmişlər.
Tədris-mövzu planına “Vergi auditinin formaları, vergi auditinin təşkili prinsipləri, vergi auditi ilə əhatə edilən dövr”, “Yoxlamada iştirak edən şəxslərin müəyyən edilməsi. Vergi auditi ilə əhatə edilən elementlər. Vergi auditi zamanı tövsiyə olunan xüsusatlar”, “Sahələr üzrə gəlirlərin düzgünlüyünün yoxlanılması, xərclərin düzgünlüyünün yoxlanılması, vergilərin hesablanmasının düzgünlüyünün yoxlanılması”, “Vergi auditinin mərhələləri. Vergi auditinə başlama və ümumi tələblər”, AVİS-in “Audit (səyyar)” alt sistemindən istifadə, “Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili”, “Mühasibat uçotu”, “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş mühasibat uçotu” mövzuları daxil edilmiş və tədris olunmuşdur.
Təlimə 42 tədris saatı ayrılmış və 8 gün davam etmişdir.
Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bank, sığorta və rabitə sahəsi üzrə Audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Qurbanov Rövşən Niyazi oğlu, həmin Departamentin Topdan ticarət sahəsi üzrə 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Paşayev Barat Paşa oğlu və 13 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Məmmədquliyev İkrəm Qeybullah oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.
“Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 21 noyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 15 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.
Qrup üzrə yekun nəticə 80,9% olmuşdur.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 2 nəfəri 1-ci dərəcəli, 4 nəfəri 2-ci dərəcəli, 8 nəfəri isə 3-cü dərəcəli sertifikat almışlar.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bank, sığorta və rabitə sahəsi üzrə Audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Qurbanov Rövşən Niyazi oğlu və 13 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Məmmədquliyev İkrəm Qeybullah oğlu 1-ci dərəcəli sertifikat almışlar.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Səhiyyə sahəsi üzrə Audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Şahvələdov Şakir Namaz oğlu imtahandan “qeyri-kafi” qiymət almışdır.
Sonda imtahandan müvəffəq qiymət almış əməkdaşlara sertifikatlar verilmişdir.