XƏBƏRLƏR

"Bəyannamələrin kameral yoxlaması və vergidən yayınma risklərinin təhlili" sahəsi üzrə sertifikatlaşdırma təlimi bitmişdir.

Vergilər Nazirliyinin müvafiq əmri ilə 14 noyabr 2016-cı il tarixdən 21 noyabr 2016-cı il tarixədək olan müddətdə “Bəyannamələrin kameral yoxlaması və vergidən yayınma risklərinin təhlili sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 14 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

Tədris-mövzu planına “İqtisadi sahələr üzrə kameral vergi yoxlamaları zamanı əlavə təhlillərin aparılması”, “Bəyannamələrin kameral qaydada yoxlanılması”, “AVİS-in “Elektron bəyannamə”, “Vergi Hesab-Faktura (VHF)”, “ƏDV-nin depozit hesabı”, “Şəxsi hesab vərəqəsi (ŞHV)”, “Elektron bəyannamə” (e-Bəyannamə) və “Online sadələşdirilmiş verginin bəyannaməsi” alt sistemlərindən istifadə”, “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması və digər borcların  ödənilməsi  hesabına aid edilməsi” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 22 tədris saatı ayrılmış və 6 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsinin 4-cü şöbəsinin rəisi Məmmədov Eltəkin Həsən oğlu, 1-ci şöbənin dövlət vergi müfəttişi Əbilova Leyla Faqət qızı, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin baş dövlət vergi müfəttişi Əzizli Sevinc Arzuman qızı, həmin şöbənin böyük dövlət vergi müfəttişi Mollayev Anar İmran oğlu və 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Əmirov Elçin Vəliş oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Bəyannamələrin kameral yoxlaması və vergidən yayınma risklərinin təhlili sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 21 noyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 14 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 93,2% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 10 nəfəri 1-ci dərəcəli, 4 nəfəri isə 2-ci dərəcəli sertifikat almışdır.

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsinin 4-cü şöbəsinin rəisi Məmmədov Eltəkin Həsən oğlu, 1-ci şöbənin dövlət vergi müfəttişi Əbilova Leyla Faqət qızı, 7-ci şöbənin dövlət vergi müfəttişi Ağalarov Mirtaleh Mirəziz oğlu, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin baş dövlət vergi müfəttişi Əzizli Sevinc Arzuman qızı, həmin şöbənin böyük dövlət vergi müfəttişi Mollayev Anar İmran oğlu, 2 saylı Ərazi Vergilər Departamentinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Bayramov Bayram Ali oğlu, 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Əmirov Elçin Vəliş oğlu, 8 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin baş dövlət vergi müfəttişi Səfərov Kamil Cəmil oğlu, 9 saylı Ərazi Vergilər idarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 1-ci bölməsinin dövlət vergi müfəttişi Bəylərzadə Elnur Elman oğlu və 10 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin baş dövlət vergi müfəttişi İmanov Elvin Həsən oğlu 1-ci dərəcəli sertifikat almışlar.

Sonda imtahandan müvəffəq qiymət almış əməkdaşlara sertifikatlar verilmişdir.