XƏBƏRLƏR

“Vergi borclarının alınması” sahəsi üzrə sertifikatlaşdırma təlimi bitmişdir.

Vergilər Nazirliyinin müvafiq əmri ilə 14 noyabr 2016-cı il tarixdən 21 noyabr 2016-cı il tarixədək olan müddətdə “Vergi borclarının alınması” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 9 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

Tədris-mövzu planına “Vergi borclarının müəyyənləşdirilməsi, icraat vərəqələrinin açılması. “Vergi borcunun ödənilməsinə dair” bildirişin göndərilməsi və borclu vergi ödəyicilərinin aktivləri barədə məlumatın alınması”, “Vergi bəyannamələri (hesabatları) vergi ödəyiciləri tərəfindən vaxtında təqdim edilmədikdə vergi orqanları tərəfindən görülməli tədbirlər və hesabatın verilmə müddətinin uzadılması. Vergi bəyannamələrini (hesabatlarını) vergi orqanına qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim etməyən vergi ödəyicilərinə xəbərdarlıqların çatdırılması”, “Borclu vergi ödəyicilərinin əmlakının siyahıya alınması”, “Vergi borclarının məhkəmə qaydasında tələb edilməsi və icra strukturları tərəfindən alınması üçün müraciətlərin edilməsi. Cinayət tərkibi yaradan vergi borcu materiallarının hazırlanaraq aidiyyəti üzrə göndərilməsi”, “Vergi öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi hallarda operativ vergi nəzarətinin həyata keçirilməsi qaydaları”, “Dövlət büdcəsinə alınması ümidsiz olan vergi borclarının silinməsi”, “Vergi bəyannaməsini (hesabatı) və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməmiş vergi ödəyicilərinə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi”, “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi qaydalarının vergi ilə bağlı müddəaları”, “Vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi. Borclu vergi ödəyicisinin borcunun digər hüquqi şəxslərdə olan nizamnamə kapitalındakı payına və digər gəlirlərinə yönəldilməsi” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 22 tədris saatı ayrılmış və 6 gün davam etmişdir.

Təlim zamanı Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Vergi borclarının məcburi alınması idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Sadıxov Rauf Hüseyn oğlu, həmin şöbənin baş dövlət vergi müfəttişi Cəfərli Əkbər Tofiq oğlu, 2 saylı Ərazi Vergilər Departamentinin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi Qasımov Seyidəli Mirhüseyn oğlu və 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin rəisi Mirzəyev Seymur Mətləb oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Vergi borclarının alınması” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 21 noyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 9 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 81,2% olmuşdur.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 2 nəfəri 1-ci dərəcəli, 3 nəfəri 2-ci dərəcəli və 3 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Vergi borclarının məcburi alınması idarəsinin 2-ci şöbəsinin baş dövlət vergi müfəttişi Cəfərli Əkbər Tofiq oğlu və 4 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi Gərayev Müşviq Vaqif oğlu 1-ci dərəcəli sertifikat almışlar.

3 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin böyük dövlət vergi müfəttişi Şükürov Rəşid Bayram oğlu “Vergi inzibatçılığı” təlim bloku üzrə mövzulardan zəif nəticə göstərmiş və onun yekun imtahan nəticəsi “qeyri-kafi” qiymətləndirilmişdir.

Sonda imtahandan müvəffəq qiymət almış əməkdaşlara sertifikatlar verilmişdir.