Vergilər Nazirliyinin müvafiq əmri ilə 8 noyabr 2016-cı il tarixində “Komanda qurmaq bacarıqları” mövzusunda Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında təlim təşkil edilmişdir.
Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin rəisi Nərmin Mirzəyeva, dinləyici qismində təlimə bu sahədə çalışan 16 nəfər dövlət vergi orqanı əməkdaşı iştirak etmişdir.
Hüquq baş idarəsinin Hüquqi təminat şöbəsinin rəisi Ağayeva Günay Şəmsəddin qızı, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin Çağrı Mərkəzinin fəaliyyətinin təşkili şöbəsinin Təhlil və təkmilləşdirmə bölməsinin rəisi Quliyev Zaur Akşin oğlu, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat idarəsinin 1-ci şöbəsinin rəisi Allahyarov Ayxan Hüseyn oğlu, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Səhiyyə sahəsi üzrə audit idarəsinin rəis müavini Əliyev Natiq Əli oğlu, Audit idarəsinin 3-cü şöbəsinin rəisi Həsənov Qabil Həsənbaba oğlu, Audit idarəsinin 2-ci şöbəsinin rəisi Tağıyev Ceyhun Şakir oğlu və 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin rəisi İmanov Namiq Aləddin oğlu təlimdə iştirak etməmişlər.
Təlimin gündəliyinə “Komandanın anlayışı, mahiyyəti və növləri. Komanda işinin üstünlükləri”, “Komandanın inkişaf mərhələləri və mərhələlərə uyğun idarəetmə”, “Komandada rollar və onların fərdi xüsusiyyətləri” və “Effektiv komanda. Komanda işində yol verilən səhvlər” mövzuları daxil edilmiş və tədris olunmuşdur.
Təlim 1 gün davam etmişdir.
Təlimin əksər iştirakçıları təlim prosesindəki müzakirələrdə, qrup tapşırıqlarında və sual-cavabda aktiv iştirak etmişlər. Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergidən yayınma risklərinin təhlili idarəsinin rəis müavini Məlikli Cəmil Güləhməd oğlu, Daxili təhlükəsizlik baş idarəsinin Xidməti təhqiqat və araşdırmalar idarəsinin Xidməti təhqiqat şöbəsinin rəisi Şükürov Azər Şirəli oğlu və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat idarəsinin rəis müavini Hüseynov İslam Ağalar oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.
Təlimçi Nərmin Mirzəyevanın komanda işini qurmaq, mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.