XƏBƏRLƏR

1 noyabr 2016-cı il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində təlim keçirilmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq əmri ilə dövlət vergi orqanlarının əməkdaşları üçün “AVİS altsistemindən istifadə” mövzusunda 1 noyabr 2016-cı il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində təlim keçirilmişdir.

Təlim Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin nağd heşablaşmalar aparan vergi ödəyicilərinə nəzarət və Operativ nəzarət sahələrində çalışan əməkdaşlar üçün nəzərdə tutulmuşdur. Təlimin keçirilməsində əsas məqsəd qeyd olunan sahələrdə çalışan vergi orqanlarının əməkdaşlarının AVİS altsistemindən istifadə üzrə bacarıqlarının artırılmasından ibarət olmuşdur.

Təlim prosesində “Operativ nəzarət tədbirlərinin nəticələrinin AVİS-ə daxil edilməsi”, “Operativ nəzarət tədbirlərinin nəticələrinin AVİS-ə daxil edildikdən sonra yerinə yetirilən işlər” və “Operativ nəzarət strukturları əməkdaşlarının funksional sahə üzrə Axtarış-Hesabat İnformasiya Sistemində hesabatlardan istifadə vərdişləri” kimi mövzular tədris olunmuşdur.

Təlimdə təlimçi qismində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Nağd hesablaşmalar aparan vergi ödəyicilərinə nəzarət idarəsinin Təhlil şöbəsinin rəisi İsayev Vahid İsa oğlu iştirak etmişdir.

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Nağd heşablaşmalar aparan vergi ödəyicilərinə nəzarət idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Şərifzadə Ayxan Ramiz oğlu, 11-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Muradov Məmməd Babasən oğlu, Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Əzimov Rüfət İlqar oğlu müzakirə olunan məsələlərə yanaşmada fərqlənmişlər.