“İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsi çərçivəsində Tədris Mərkəzinin əməkdaşları üçün 19-21 aprel 2016-cı il tarixlərdə “Təlimçilər üçün təlim” mövzusunda təlim keçirilmişdir. İspaniya Maliyyə Araşdırmalar İnstitutunun Planlaşdırma və İdarəetmə üzrə Alt-direktorluğunun rəhbəri Marta Ganado və Beynəlxalq magistr proqramı üzrə məsul şəxs Aurora Karazo təlimdə ekspert kimi iştirak etmişlər.
Təlimin məqsədi Tədris Mərkəzində əməkdaşların təlimçilik qabiliyyətlərinin inkişaf etdirilməsi, onların, eləcə də tədris prosesinin planlaşdırılması, idarə edilməsi və təşkili sahəsində yeni metodlardan istifadə bacarıqlarının gücləndirilməsindən ibarət olmuşdur. Təlim prosesində Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxləsi, Tədris Mərkəzinin rəis heyəti və təlim prosesində bilavasitə iştirak edən əməkdaşları iştirak etmişdir.
Təlimin yekunuda Tədris və insan resurslarının inkişafı üzrə nazirin müşaviri Ələkbər Məmmədov təlimin nəticələrini yüksək qiymətəndirdi, İspaniya Maliyyə Araşıdrmaları İnstitutunun distant təhsil və elmi tədqiqatlar sahəsində böyük təcrübəsinin Vergilər Nazirliyi çərçivəsində həyata keçirilən təhsil proseslərinin təkmilləşdirilməsi və vergitutma sahəsində elmi araşdırmaların aparılması üçün fayadalı olacağını qeyd etdi və bu təcrübənin də öyrənilməsinin vacib olduğunu bildirdi.