Vergilər Nazirliyinin 20 müvafiq əmri ilə 24 oktyabr 2016-cı il tarixdən 28 oktyabr 2016-cı il tarixədək olan müddətdə “Vergi ödəyicilərinə xidmət sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.
Təlimə bu sahədə çalışan 13 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.
Tədris-mövzu planına “Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi”, “Vergilər Nazirliyinin rəsmi internet saytının inzibatçılığı. Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsi məqsədilə məlumatların təqdim olunma reqlamenti”, ““Vergi Dostları” şəbəkəsinin fəaliyyət qaydaları. “Vergi Dostları” şəbəkəsinin fəaliyyəti üzrə tövsiyələr. Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində istifadə olunan xüsusi nəqliyyat vasitələrindən istifadə qaydaları”, “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi” və “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində verdi ödəyicilərinin maarifləndirilməsi” və “Asan Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyəti ilə bağlı sənədlərin saxlanılması” mövzuları daxil edilmiş və tədris olunmuşdur.
Təlimə 22 tədris saatı ayrılmış və 5 gün davam etmişdir.
Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin Vergi ödəyicilərinin qəbulu və xidmət bölməsinin baş dövlət vergi müfəttişi Şərbatova Leyla İsmayıl qızı, böyük dövlət vergi müfəttişi Heybətova Günay Nürəddin qızı, 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Rəcəbəliyev Faiq Səməd oğlu və 9 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Cəfərov Mahir Ramiz oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.
“Vergi ödəyicilərinə xidmət sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 28 oktyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 13 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.
Qrup üzrə yekun nəticə 78,5% olmuşdur.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 1 nəfəri 1-ci dərəcəli, 4 nəfəri 2-ci dərəcəli, 5 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.
3 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Rəcəbəliyev Faiq Səməd oğlu 1-ci dərəcəli sertifikat almışdır.
8 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Əhmədov Anar Kamran oğlu 12 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Qənbərov Müşviq Mikayıl oğlu və Füzuli Rayon Vergilər Şöbəsinin Vergi ödəyicilərinin məlumatlandırılması üzrə böyük dövlət vergi müfəttişi Qasımov Arif Nizami oğlu imtahandan qeyri-kafi qiymət almışlar.