Seminar Crowe Horwath Mak Azerbaijan ve Crowe Horwath Ukrayna-nın təşkilatçılığı ilə “Deofşorlaşma, beynəlxalq məlumat mübadiləsi və benefisiarların açıqlanması, müasir transfert qiymətqoyma - vergi ödəyicilərinin risqləri və imkanları” mövzusunda keçirilib.
Seminarın proqramına daxil olan məsələlər: Rusiya və Ukraynada transert qiymətqoymanın vergoyə cəlb edilməsi təcrübəsi; AB-də benefisiarların açıqlanması: çirkli pulların yuyulması ilə mübarizə direktivləri və onun nəticələri; Benefisiarların açıqlanması – vergi orqanları indi hansı məlumatları əldə edə bilirlər? Xarici şirkətlərin müəyyən olunması üzrə addımlar.
Seminarda Crowe Horwath Ukrayna-nın partnyoru, beynəlxalq vergi məsləhətçisi Rüstəm Vahidov iştirakçıları Rusiya, Ukrayna və Avropa Birliyi ölkələrində ofşor firmalarının qarşılaşdığı problemlərlə tanış edib, dövlət orqanları arasında vergi məsələləri ilə əlaqədar məlumat mübadiləsi imkanlarını göstərib.Bu Beynəlxalq seminarda Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndələri də iştirak etmişdir. Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov çıxış etmiş, bu sahədə mövcud vəziyyət və gələcək inkişaf perspektivləri haqqında öz fikirlərini bildirmişdir.
Seminarda ölkənin Vergilər və İqtisadiyyat nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının aparıcı mütəxəsisləri ilə yanaşı bank və özəl şirkət nümayəndələri də iştiak etmişlər.