XƏBƏRLƏR

Növbəti Sertifikatlaşdırma təlimi başa çatdı.

Vergilər Nazirliyinin müvafiq əmri ilə 17 oktyabr 2016-cı il tarixdən 21 oktyabr 2016-cı il tarixədək olan müddətdə “Vergi ödəyicilərinə xidmət sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

         Təlimə bu sahədə çalışan 15 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

          Tədris-mövzu planına “Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi”, “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi”, “Vergilər Nazirliyinin rəsmi internet saytının inzibatçılığı. Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsi məqsədilə məlumatların təqdim olunma reqlamenti”, “Vergi  Dostları” şəbəkəsinin  fəaliyyət qaydaları. “Vergi  Dostları” şəbəkəsinin  fəaliyyəti üzrə tövsiyələr. Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində istifadə olunan xüsusi nəqliyyat vasitələrindən istifadə qaydaları” və  “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində verdi ödəyicilərinin maarifləndirilməsi. Asan Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyəti ilə bağlı sənədlərin saxlanılması” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 22 tədris saatı ayrılmış və 5 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin Vergi ödəyicilərinin qəbulu və xidmət bölməsinin baş dövlət vergi müfəttişi Mehdiyev Nicat Nazim oğlu və 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Vəliyev Murad Fazil oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Vergi ödəyicilərinə xidmət sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 21 oktyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 15 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 75,4% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 2 nəfəri 1-ci dərəcəli, 3 nəfəri 2-ci dərəcəli, 4 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

3 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Vəliyev Murad Fazil oğlu (91.9%) və Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin Vergi ödəyicilərinin qəbulu və xidmət bölməsinin baş dövlət vergi müfəttişi Mehdiyev Nicat Nazim oğlu (91.1%)  1-ci dərəcəli sertifikat almışlar. 

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinə xidmət  şöbəsinin Məlumatlandırma və vergi təbliğatı bölməsinin baş dövlət vergi müfəttişi Əhmədova Sima Fehruz qızı (41.9%), Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin Vergi ödəyicilərinin qəbulu və xidmət bölməsinin böyük dövlət vergi müfəttişi Ağayeva Şəhla Rafiq qızı (59.4%), 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Məlikov Yaşar Mirzəağa oğlu (50.3%), 6 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Axundov Rizvan Sərhad oğlu (58.0%), 8 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin böyük dövlət vergi müfəttişi Əliyev Seyhun Sərdar oğlu (60.4%) və Cəbrayıl Rayon Vergilər Şöbəsinin Vergi ödəyicilərinin məlumatlandırılması üzrə baş dövlət vergi müfəttişi İsayev Məhəmmədəli Nəbi oğlu (52.9%) imtahandan qeyri-kafi qiymət almışlar.