XƏBƏRLƏR

Sertifikatlaşdırma təlimləri bitmişdir

         Vergilər Nazirliyinin müvafiq əmrləri ilə 13 oktyabr 2016-cı il tarixdən 21 oktyabr 2016-cı il tarixədək olan müddətdə “Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimləri təşkil edilmişdir.

        Təlimə bu sahədə çalışan 30 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Digər xidmət sahələri üzrə audit idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Hacıyev Nürəddin Höccət oğlu təlimdə iştirak etməmişdir.    

          Tədris-mövzu planına “Vergi auditinin formaları, vergi auditinin təşkili prinsipləri, vergi auditi ilə əhatə edilən dövr”, “Yoxlamada iştirak edən şəxslərin müəyyən edilməsi. Vergi auditi ilə əhatə edilən elementlər. Vergi auditi zamanı tövsiyə olunan xüsusatlar”, xərclərin düzgünlüyünün yoxlanılması, vergilərin hesablanmasının düzgünlüyünün yoxlanılması”, “Vergi auditinin mərhələləri. Vergi auditinə başlama və ümumi tələblər”, “Mühasibat uçotu”, AVİS-in “Audit (səyyar)” alt sistemindən istifadə, “Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili”, “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş mühasibat uçotu” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 40 tədris saatı ayrılmış və 6 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Səhiyyə sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Abbasov Bəhman Həmzə oğlu və həmin idarənin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Nəzərov Bayram Məhəmməd oğlu, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Qarşılıqlı əməliyyatların təhlili idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Yusifov Yusif Avaz oğlu, Elektron audit şöbəsinin dövlət vergi müfəttişi Mədədov Kamran Musa oğlu, 3 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Abdullayev Elgün Rizvan oğlu, 10 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Rəsulov Anar Şərif oğlu14 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Həsənov Vüsal Rafiq oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 21 oktyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 29 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 5 nəfəri 1-ci dərəcəli, 11nəfəri 2-ci dərəcəli və 11 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.  

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Səhiyyə sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Abbasov Bəhman Həmzə oğlu,  həmin Departamentin Qarşılıqlı əməliyyatların təhlili idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Yusifov Yusif Avaz oğlu, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Audit idarəsinin Vergi ödəyicilərinin auditi şöbəsinin baş dövlət vergi müfəttişi Babayev Ruslan Mikayıl oğlu, Elektron audit şöbəsinin dövlət vergi müfəttişi Mədədov Kamran Musa oğlu və 10 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Rəsulov Anar Şərif oğlu 1-ci dərəcəli sertifikat almışlar.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Rzayev Hünər Yaşar oğlu və həmin Departamentin Xüsusi qərarlara əsaslanan audit şöbəsinin böyük dövlət vergi müfəttişi Nurməmmədov İmran Məmməd oğlu “Vergi inzibatçılığı” təlim bloku üzrə mövzulardan zəif nəticə göstərmiş və onların yekun imtahan nəticələri “qeyri-kafi” qiymətləndirilmişdir.