XƏBƏRLƏR

 

 

Əhmədov Rəşad Kazım oğlu  
Vergi qanunvericiliyinin tədrisi şöbəsinin dosenti,
kiçik vergi xidməti müşaviri 

 

1984-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.

1990-2001-ci illərdə orta məktəbdə təhsil almışdır.

2002 - 2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr təhsili almışdır.

2008-2011-ci illərdə Mingəçevir Dövlət Universitetində– İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə təhsil alaraq magistr dərəcəsi əldə etmişdir. 2011-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Menecment  və Biznesin Təşkili kafedrasının dokturantı olmuş və hal-hazırda elmi işi Azərbaycan Dövlət İqtisad Universitetində müdafiə mərhələsindədir.

2007-2008-ci illərdə “Veysəloğlu-Yaycılı Qardaşlar”MMC-də uçotçu mühasib vəzifəsində çalışmışdır.

2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan regional şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.

2011-2012-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2012-2014-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasında müəllim vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasında dosent vəzifəsində çalışır.

Müxtəlif təlim, iclas və kurslarda iştirak etmiş və müxtəlif dərəcəli sertifikatlarla təltif edilmişdir.

10 - dan çox elmi məqalənin müəllifidir.

Ailəlidir, 1 övladı var.