Mirəli Kazımov
Nazim Əliyev
Xəlil Əfəndiyev
Xülasə
Transfer qiyməti anlayışı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən qarşılıqlı surətdə asılı tərəflər arasında mal və xidmətlərin təqdim olunması zamanı yaranan qiymət kimi müəyyən olunmuşdur. Hələ 2010-ci il Beynəlxalq İnvestisiya Hesabatına əsasən, dünya üzrə 889416 transmilli şirkət mövcud olmuş, bunlardan 82053 ana şirkətin hər birinin ən azı 10 törəmə şirkəti olmuşdur. Hazırda dünyada baş tutan əməliyyatların təxminən 60%-nin əlaqəli şəxslər arasında baş verməsi təbii olaraq bu mövzunun aktuallığını daha da artırır. Qloballaşma prosesi dövlətlərin transfer qiymətlərindirilməsi prosesinə daha çevik nəzarət etməsinə təsir edir. Transfer qiymətləndirilmə transmilli şirkətlər qrupuna aid olan şirkətlər arasındakı əməliyyatlara tətbiq olduğundan, burada vergiyə cəlb olunmalı məbləğ nöqteyi nəzərdən dövlətlərarası müəyyən rəqabət yaranır. Bu səbəbdən həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər öz qanunvericiliklərini müasir tələblərə uyğun təkmilləşdirir və beynəlxalq standartları tətbiqinə maraq göstərirlər. Dünya praktikasında transfer qiyməti sahəsində tövsiyələr İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanır. Azərbaycan Respublikasının beynəlxalq iqtisadi munasibətlərdə rolunun getdikcə artması və dunya iqtisadiyyatına sürətli inteqrasiyası bu sferada fəaliyyət gostərən transmilli şirkətlərin vergi planlaşdırılması və vergi öhdəliklərinə əməl edilməsi ilə əlaqədar mövzulara diqqət yetirilməsini zəruri edir. Bu məqsədlə təqdim olunan məqalədə transfer qiymətinin ənənəvi əməliyyat metodlarından istifadə edilməklə yenidən hesablanmasından bəhs olunur.