XƏBƏRLƏR

Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının inkişafının xüsusiyyətləri (tütünçülik timsalında)

Tanrıverdiyev Qalib Əziz oğlu,

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin dosenti, i.f.d

 

Bəylərov Emin Arif oğlu,

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin baş müəllimi,

Xülasə

Azərbaycanda sosial-iqtisadi inkişafın əsas vəzifələrdən biri də iqtisadiyyatın diversifikasıyası ilə bağlı qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsidir. Həmin sektorun inkişafı bir tərəfdən ixrac potensialının inkişafına təsir göstərir, digər tərəfdən isə yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, iqtisadiyyatın davamlı inkişafına və vergi daxilolmalarının artımına şərait yaradır.