XƏBƏRLƏR

MÜASİR MARKETİNQ METODLARININ RƏQƏMSALLAıAN İQTİSADİYYATA TƏTBİQİ MƏSƏLƏLƏRİ

 

Orxan Arif oğlu Balayev

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi

Xülasə

İqtisadiyyatda rəqəmsal texnologiyaların tətbiqinin kütləvi hal alması, rəqəmsallaşmanın insan həyatının bütün sahələrinə sürətlə nüfuz etməsi, bu proseslərin qloballaşması və qloballaşmanın təşviq edilməsi kimi meyillər göstərir ki, dövlət, elm və bazar iştirakçıları rəqəmsal iqtisadiyyatın inkişaf prosesindən kənarda qala bilməz. Milli və qlobal çərçivədə gündən-günə bu meyilin artması baş verən və gələcəkdə gözlənilən dəyişikliklərə hazır olmaq, onların tətbiqi məsələlərində beynəlxalq səviyyədən geri qalmamaq, hətta onu qabaqlamaq kimi önəmli problemləri qarşıya qoyur.
Göstərilən və digər amillərin təsiri altında marketinq elmi də digər elm sahələri kimi metod və funksiyalar, eləcə də iş prinsipləri baxımından mütəmadi dəyişikliklərə məruz qalır və təkmilləşir. İstehsalın, ticarətin,  tələbin, təklifin və s. yeni metodları formalaşdıqca, bütün bu proseslərin önündə duran marketinqə də yeni yanaşmalar, yeni baxışlar yaranır. Bu məqalədə dünyada mövcud olan ən modern marketinq metodlarının iqtisadiyyatımızın əsasını təşkil edən sahibkarların biznes fəaliyyətlərinə tətbiqi məsələləri işıqlandırılmışdır.

PDF YÜKLƏ